Cənubi Koreyada meşə yanğınlarına görə iki şəhər xüsusi fəlakət zonası elan edilib

Koreya Respublikasının prezidenti Mun Çje İn şiddətli meşə
yanğınlarının baş verdiyi Kannın və Tonhe şəhərlərini xüsusi
fəlakət zonaları elan edib.

AzerTimes-ın
məlumatına görə, bu barədə dövlət başçısının administrasiyası öz
saytında bildirib.

Qeyd olunub ki, bu addım hökumətə tez bir zamanda bu ərazilərin
sakinlərinə yardım göndərməyə və zərərçəkənlərə kompensasiyaların
ödənilməsi ilə bağlı prosedurları asanlaşdırmağa imkan verəcək. İki
gün əvvəl də ölkənin şərqindəki Uljin və Samçxok şəhərləri ilə
bağlı oxşar tədbirlər görülüb.