Xəbər - Orxan Nəbiyev – Trend:
Cənubi Koreyada dünyanın ən iri külək enerjisi parkının yaradılacağı elan olunub.
AzerTimes-ın məlumatına görə, layihənin təxminən 43 milyard dollar dəyərində olacağı bildirilib.
Külək enerjisi parkı paytaxt Seuldan 400 kilometr cənub-qərbdə, Sinan şəhərinin sahilində inşa olunacaq. 2029-cu ilədək 8,2 giqavatt gücündə elektrik enerjisi istehsal edəcək obyektin inşası planlaşdırılır.
Külək enerjisi parkının tikintisi prosesində 120 min yeni iş yeri yaradılacaq.