Cənubi Koreya hakimiyyəti 24 il həbs cəzası almış ölkənin keçmiş prezidenti Pak Kın Heni əfv edib.
Trend xəbər verir ki, bu barədə Cənubi Koreyanın Ədliyyə Nazirliyi məlumat yayıb.
Pak Kın Henin prezidentlik səlahiyyətləri 2017-ci ildə impiçment prosedurlarından sonra dayandırılmışdır. O, korrupsiyada ittiham edilib və 2018-ci ilin aprelində həbs cəzasına məhkum edilmişdir.
Prokurorluq onun üçün 30 il həbs və 118,5 milyard von (təxminən 95 milyon dollar) məbləğində cərimə tələb etmişdir. Məhkəmə onu barəsində 24 il həbs və təxminən 95 milyon dollar cərimə qərarı çıxarmışdır.