Cənubi Koreya 2024-cü il büdcəsində Ukrayna üçün 393 milyon dollardan çox yardım ayırıb.
AzerTimes xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Məlumata görə, bu 2023-cü ildə Ukrayna üçün ayrılan büdcədən 8 dəfə çoxdur.
Qeyd edək ki, Ukraynaya dəstək üçün ayrılması nəzərdə tutulan büdcənin təxminən 197 milyon dolları humanitar yardıma, 98,3 milyon dolları ölkənin yenidən qurulması layihələrinə, 98,3 milyon dolları isə beynəlxalq təşkilatlara köçürüləcək.