Cənubi Koreya Ukraynaya 2.3 milyardlıq yardım ayırır

Cənubi Koreya Ukraynaya 2.3 milyardlıq yardım ayırır

Cənubi Koreya Prezidenti Yun Sok Yol 2025-ci ildən Ukraynaya yenidənqurma üçün 2,3 milyard dollar maliyyə yardımı ayrılacağını açıqlayıb.

AzerTimes xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

“Müvafiq olaraq, Cənubi Koreya 2024-cü ildə ilkin olaraq 300 milyon dollar humanitar yardım ayıracaq. Qalan 2 milyard dolları isə 2025-ci ildən başlayaraq İqtisadi Əməkdaşlıq və İnkişaf Fondu (EDCF) vasitəsilə uzunmüddətli, aşağı faizli kreditlər şəklində verəcək”, – məlumatda qeyd olunub.

Teqlər: