Cənubi Koreya ilk dəfə olaraq yerli istehsalı olan balistik raketini sualtı platformadan sınaqdan keçirib.
AzerTimes-ın məlumatına görə, bu barədə YTN yerli televiziya kanalı xəbər verib.
Məlumata əsasən, sınaqlar Koreya Hərbi Dəniz Qüvvələrinin Dosan An Chang-ho (KSS-III) sualtı qayığından balistik raketinin buraxılması üçün təlim proqramı çərçivəsində həyata keçirilib.
Sınaqlar haqqında geniş məlumat verilməyib.