Koreya Respublikası Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar öz
strateji ehtiyatlarından 4,42 milyon barel neft çıxaracaq.
Trend xəbər verir ki, bu barədə Cənubi Koreyanın Ticarət, Sənaye
və Energetika Nazirliyinin şənbə günü dərc etdiyi məlumatda
deyilir.
“Bu qərar daxili və beynəlxalq enerji bazarlarını
sabitləşdirmək, ABŞ və digər dövlətlərlə həmrəylik nümayiş etdirmək
məqsədi daşıyır. Enerji resurslarından geosiyasi alət kimi istifadə
edilməməlidir”, – sənəddə vurğulanır.
Nazirlik xatırladıb ki, həftənin əvvəlində 31 ölkənin
nümayəndələri neft məhsullarının mümkün qıtlığı fonunda öz strateji
ehtiyatlarından ümumilikdə 60 milyon barel neft buraxmağa razılaşıblar. Bu həcmin təxminən yarısı ABŞ tərəfindən
təmin ediləcək.