Xəbər - Orxan Nəbiyev – Trend:
Cənubi Koreya hökuməti koronavirus pandemiyası ilə əlaqədar sərt karantin tədbirlərini daha iki həftə müddətinə uzadıb.
AzerTimes-ın məlumatına görə, bunu ölkənin baş naziri Çon Se Gyun deyib.
O bildirib ki, mövcud məhdudiyyətlərin müddəti aprelin 11-dək uzadılıb.
Məhdudiyyətlər bir məkanda dörd nəfərdən çox şəxsin toplaşması qadağasını və ictimai iaşə müəssisələrinin işinin məhdudlaşdırılmasını əhatə edir.
Qeyd edək ki, bu günədək Cənubi Koreyada koronavirusa yoluxanların sayı 100 min nəfəri ötüb, 1 716 nəfər vəfat edib.