Cənubi Koreya Pxenyana xəbərdarlıq etdi

Cənubi Koreya Pxenyana xəbərdarlıq etdi

Koreya Respublikasının silahlı qüvvələri Pxenyanın birbaşa təxribatlarına qətiyyətlə cavab verəcək. Seul hələ də yanvarın 14-də buraxılan orta mənzilli ballistik raketin məlumatlarını təhlil edir.

AzerTimes xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“BMT Təhlükəsizlik Şurasının ballistik raket texnologiyalarından istifadəni qadağan edən qətnamələrini pozan təxribatçı davranışla bağlı ciddi xəbərdarlıq edir və bu hərəkətlərə son qoymağa çağırırıq. Şimali Koreyanın hazırkı raket buraxılışı Koreya yarımadasında sülh və sabitliyə ciddi təhlükə yaradır və biz bunu açıq-aşkar təxribatçı davranış kimi qətiyyətlə pisləyirik”, – məlumatda bildirilib.

Teqlər: