Cənubi Koreya KXDR-ə humanitar yardım göndərəcək

Cənubi Koreyanın ictimai və dini təşkilatları humanitar yardım olaraq KXDR-ə 500 min tondan çox düyü göndərmək niyyətindədir.

Trend “TASS”a istinadən xəbər verir ki, bu barədə on belə təşkilatın birgə press-relizində deyilir.

Xüsusilə, “Koreya yarımadasındakı iqlim böhranının nəticələrini aradan qaldırmağa” yönəlmiş bu kampaniyanın həyata keçirilməsi çərçivəsində xüsusi əlaqələndirmə komitəsinin qurulması bildirilir.

Ümumilikdə, noyabr ayına qədər KXDR-ə 535 min ton düyü göndərilməsi planlaşdırılır.