Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (Korea International Cooperation Agency – KOICA) Azərbaycanda innovasiya ekosisteminin formalaşmasında yeni mərhələyə qədəm qoyur.
Bunu AzerTimes-a Azərbaycan İnnovasiyalar Agentliyindən bildiriblər.
Bildirilir ki, koreyalı mütəxəssislər 2019-cu ildən bəri formalaşan Azərbaycanın yeni ekosisteminə əsaslanan əməkdaşlığın növbəti mərhələsinə keçirlər.
Agentliyin məlumatında deyilir: “Yeni əməkdaşlığın əsas istiqamətləri bunlardır: prioritetlərin müəyyənləşdirilməsi və Azərbaycanın innovativ ekosistemi üçün strateji yol xəritəsinin hazırlanması, strukturun formalaşdırılması, yüksək texnoloji parklar FinTech, AgroTech, BioTech və digər fondların fəaliyyəti çərçivəsində müvafiq metodiki təkliflərin hazırlanması. Bundan əlavə, ortaq bir pilot layihəsinin həyata keçirilməsi planlaşdırılır”.
Qeyd edilir ki, əməkdaşlığın yeni mərhələsi Azərbaycanın inkişaf etməkdə olan innovasiya ekosistemi üçün geniş imkanlar açacaq.