Cənubi Koreya avtomobil ixracatını artırır

Cənubi Koreyadan avtomobillərin ixracı ekoloji cəhətdən təmiz və yüksək keçidli avtomobillərinə tələbatın artması fonunda 58 faiz çoxalıb.

AzerTimes-ın Yonhap-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Ticarət, Sənaye və Enerji Nazirliyinin hesabatında deyilir.

Məlumata əsasən, may ayında nəqliyyat vasitələrinin tədarükü 150.894 ədədə çatıb ki, bu da maddi ekvivalentdə 3.49 milyard dollara təşkil edir.

Bildirilir ki, Cənubi Koreyanın avtomobil ixracatı COVID-19 pandemiyası səbəbiylə ötən ilin eyni müddətində təxminən 60 faiz düşmüşdür.


Avtomobil istehsalında ölkə lideri olan “Hyundai” şirkətinin ixracatı 73,8 faiz artaraq 64,793 ədədə, “Kia” istehsalçısının ixracatı 70,8 faiz artaraq 64,700 ədədə çatıb.

Digər ölkələrə ixracata görə Şimali Amerikaya avtomobillərin tədarükünə gəldikdə Amerikaya ixracat 70,1 faiz artaraq maddi ekvivalentdə 1,42 milyard dollara, Avropa Birliyinə isə 84 faiz artaraq 664 milyon dollara yüksəlib.

Ölkədə istehsal olunan avtomobillərin sayı may ayında 256,272 ədəd olub ki, bu da ötən ilin eyni müddətin göstəricisindən 10,9 faiz çoxdur.