Cənubi Koreya Şimali Koreyadan hərbi təhdidlərə cavab vermək qabiliyyətini gücləndirmək üçün ABŞ-dan daha 20 ədəd F-35A qırıcısı almaq üçün müqavilə imzalayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilir ki, ABŞ-ın “Lockheed Martin” şirkətinin istehsalı olan döyüş təyyarələrinin alınmasına dair müqavilə sentyabrda Vaşinqtondan razılıq alındıqdan sonra dekabrın 8-də imzalanıb.
Məlumata görə, yeni F-35A qırıcıları 2027-ci ildən təhvil veriləcək və təkmilləşdirilmiş döyüş qabiliyyətinə və təhlükəsizlik xüsusiyyətlərinə malik olacaq.
Qeyd edək ki, Cənubi Koreya Hərbi Hava Qüvvələrində 2019-2022-ci illərdə ABŞ-dan alınmış 39 ədəd F-35A qırıcısı var.