Ukrayna Silahlı Qüvvələrinin Beynəlxalq Legionunun tərkibində Kolumbiya ordusunun bir neçə yüz veteranı rus ordusuna qarşı döyüşür.
AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, bu, Cənubi Amerikada ikinci böyük və regionda real döyüş təcrübəsi olan yeganə ordudur.
Nəşrin yazdığına görə, cəbhədə Ukraynanı müdafiə edən əcnəbi könüllülər iki kateqoriyaya bölünür: mənəvi əqidə, macəra axtarışı və ya Rusiyaya nifrət səbəbiylə Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulan varlı Avropa ölkələrinin nümayəndələri və sırf maddi səbəblərdən bu müharibədə iştirak edən yoxsul ölkələrin döyüşçüləri.
“Mən bunu deməyə cəsarət edərdim ki, heç bir kolumbiyalı ora demokratiyanı müdafiə etmək üçün getməyib. Müharibədən əvvəl onların Ukrayna haqqında eşitmədiyinə də inanmıram. Bütün bunlar iqtisadi motivlərdən qaynaqlanır”, – Kolumbiya ordusunun keçmiş snayperi Kristian Peres nəşrə açıqlamasında bildirib.