Cənubi Afrikanın ən böyük şəhəri olan Yohannesburqa qar yağıb.
AzerTimes xəbər verir ki, iyul ayı Cənub yarımkürəsində qış ayı olsa da, burada sonuncu dəfə qar 2012-ci ildə, yəni 11 il bundan əvvəl yağıb.
Mütəxəssislər bu hadisəni son vaxtlar dünyada baş verən iqlim dəyişiklikləri ilə əlaqələndirirlər.
Sinoptiklər qarın bir həftə davam edəcəyini proqnozlaşdırırlar.