Cənubi Afrika Respublikasının (CAR” paytaxtı Keyptaun şəhərində ölkə parlamentinin binasında yanğın başlayıb.
AzerTimes-ın məlumatına görə, bu barədə şahidlərə istinadən “Agence France-Presse” agentliyi xəbər verib.
Məlumata əsasən, yanğın binanın damında başlayıb və hazırda binanın içərisinə keçib. Ynağını hələki söndürmək mümkün olmayıb.
Yanğının söndürülməsi üzrə dəstək üçün hadisə yerinə əlavə yanğından mühafizə bölmələri cəlb edilir.
Ölənlər və xəsarət alanlar, həmçinin yanğını səbəbi barədə məlumat verilmir.