Cənubi Afrikada daşqınlar nəticəsində ölənlərin sayı 400-ə yaxınlaşır

Cənubi Afrikanın şərqindəki KvaZulu-Natal əyalətində daşqınlar
nəticəsində ölənlərin sayı 395 nəfərə çatıb.

Trend xarici
KİV-lərə istinadən xəbər verir ki, bu barədə əyalətin Kooperativ
İdarəetmə və Ənənəvi Məsələlər üzrə İcraiyyə Şurasının üzvü Sifo
Xlomuka bildirib.

Həftənin əvvəlindən ölkənin ən böyük şəhərlərindən biri olan
Durban və ətraf rayonları güclü leysan yağışları başlayıb.
Yağıntının səviyyəsi rekord həddə – 300 mm-ə çatıb.Güclü yağışlar
sel və torpaq sürüşməsinə səbəb olub.

Onun sözlərinə görə, ən çox qurban Durbanda qeydə alınıb – 355.
Təbii fəlakət səbəbindən 40,7 mindən çox insan regionu tərk etmək
məcburiyyətində qalıb.

Hazırda yerli qurumların tımsilçiləri axtarış-xilasetmə
əməliyyatlarını davam etdirirlər, ölənlərin sayı
dəqiqləşdirilir.