Cənubi Afrikanın şərqində Ladysmith şəhəri yaxınlığında yağışın səbəb olduğu daşqın qurbanlarının sayı 14-ə çatıb.
AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Yerli hakimiyyət orqanları yaxın 24 saat ərzində daşqın qurbanlarının sayının arta biləcəyini istisna etmirlər. Çünki sinoptiklər Cənubi Afrikanın bu hissəsində həftənin əvvəlindən yağan güclü yağışların davam edəcəyini proqnozlaşdırırlar.