2020-ci ilin sonunda Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi
Azərbaycan qazının Avropaya ixracında yeni səhifə açdı.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin
müavini Mahmud Məmmədquliyev Avropa Gününə həsr olunmuş tədbirdə
deyib.
“Azərbaycan bu sahədə Avropanın strateji və etibarlı enerji
tərəfdaşıdır. Cənub Qaz Dəhlizi layihəsi enerji mənbələrini və
Avropaya gedən xətləri şaxələndirməklə qitənin enerji
təhlükəsizliyinə mühüm töhfə verir”, – Məmmədquliyev bildirib.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi vasitəsilə Bolqarıstan,
Yunanıstan və İtaliyaya 8,2 milyard kubmetr qaz nəql olunacaq.
Nazir müavini əlavə edib ki, Aİ həm də Azərbaycanın ən böyük
ticarət tərəfdaşıdır.
“Azərbaycanda həyata keçirilən iqtisadi siyasət nəticəsində
əlverişli biznes mühiti yaradılıb. Ölkəmizdə Avropa İttifaqına üzv
dövlətlərin 1700-dən çox şirkəti çalışır”, – Mahmud Məmmədquliyev
deyib.