Xəbər - Ləman Zeynalova – Trend:
“Cənub Qaz Dəhlizi”nin buraxılış gücünün 20 faizə yaxını hidrogen nəqli üçün istifadə oluna bilər və hazırda bu istiqamətdə intensiv işlər aparılır.
Trend-in Türkiyə KİV-lərinə istinadən məlumatına görə, bunu “SOCAR Türkiyə”nin Direktorlar Şurasının sədr müavini Vaqif Əliyev deyib.
O bildirib ki, Türkiyə və Azərbaycan Avropanın “Yaşıl” sazişinə əməl etməlidir: “Əks təqdirdə, məhsullara vergilər tətbiq olunacaq. Biz transformasiyanı düzgün həyata keçirməliyik”.
V.Əliyev qeyd edib ki, SOCAR neft-qaz şirkətindən inteqrə şirkətə çevrilmək üzərində işləyir.
(Tərcümə: Orxan Nəbiyev)