Xəbər - Ləman Zeynalova – Trend:
Cənub Qaz Dəhlizinin genişlənməsi prosesinə necə başlamağı
qərarlaşdırmaq lazımdır.
Trend-in
məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri
Erl Litsenberger deyib.
“Avropada qaz çatışmazlığı ilə əlaqədar enerji mənbələrinin
şaxələndirilməsi üzrə addımlar atmaq lazımdır və Cənub Qaz Dəhlizi
bu məsələdə rol oynaya bilər. Cənub Qaz Dəhlizi öz gücünü ikiqat
artıra bilər, bunun üçün isə vaxt və investisiyalar lazımdır. Amma
fikrimcə, artıq bu prosesi necə başlamağı qərarlaşdırmağın vaxtı
çatıb”, – deyə səfir bildirib.
Səfir qeyd edib ki, Trans-Xəzər boru kəməri Türkmənistanın
nəhəng qaz ehtiyatlarının üzə çıxarılması və dünya bazarlarına
çatdırılması üçün vasitədir.
“Biz Avropaya qaz tədarükünün artırılması üçün bütün imkanlara
açığıq. Həcmin böyük hissəsi Azərbaycandan tədarük edilir. Bu, həm
Azərbaycan, həm Avropa, həm də ABŞ üçün yaxşıdır”, – E.Litsenberger
deyib.
(Tərcümə: Orxan Nəbiyev)