Xəbər - Ləman Zeynalova – Trend:
“Cənub Qaz Dəhlizi”nin genişlənməsi dayanıqlı bazar tələbindən asılı olacaq.
Bu barədə AzerTimes-a Avropa Komissiyasından bildiriblər.
Qeyd olunub ki, hazırda layihənin genişləndirilməsi üçün uyğun mənbələr barədə danışmaq tezdir, çünki bu, bir sıra amillərdən asılı olacaq:
“”Cənub Qaz Dəhlizi”nin genişlənməsi dayanıqlı bazar tələbindən və bazar sınaqlarının nəticələrindən asılı olacaq. Trans-Adriatik boru kəməri (TAP) konsorsiumu bu yay bazar sınağı keçirməyi planlaşdırır. Nəticədən asılı olaraq Xəzər dənizindən əlavə qaz həcmləri “Cənub Qaz Dəhlizi” vasitəsilə nəql oluna bilər”.
(Tərcümə: Orxan Nəbiyev)