“Cənub Qaz Dəhlizinin” genişləndirilməsi Avropanın diversifikasiya üzrə məqsədlərinə çatmağa töhfə verə bilər – “CSIS”

“Cənub Qaz Dəhlizi” vasitəsilə əlavə qaz tədarükü Avropanın
diversifikasiya üzrə səylərinə mühüm töhfə verə bilər.

Bunu Trend
ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS)
analitiki Nikos Tsafos deyib.

“Cənub Qaz Dəhlizi” artıq Avropanın enerji təhlükəsizliyində
mühüm rol oynayır və əlavə həcmlər Avropanın diversifikasiya
səylərinə mühüm töhfə verə bilər. Lakin əlavə qazın nə qədər və
hansı müddət ərzində verilə biləcəyi bəlli deyil. Bizə burada daha
çox aydınlıq lazımdır”, – deyə N.Tsafos bildirib.

Analitik qeyd edib ki, Rusiya qazına qarşı sanksiyalar tətbiq
etmək üçün təzyiqlər artır, lakin Aİ ölkələri arasında bu məsələ
üzrə razılaşma hələ də yoxdur.

“Ola bilsin ki, Rusiyadan idxalın tam dayandırılması yox,
azaldılması üçün müəyyən tədbirlər görülsün. Rusiya qazının
itirilməsinin Avropa üçün böyük nəticələri olacaq. Qısa müddətli
perspektivdə mayeləşdirilmiş təbii qaz (LNG) itirilmiş həcmlərin
yalnız bir hissəsini əvəz edə bilər. Avropa Rusiya qazının
tədarükünün tamamilə dayandırılmasının öhdəsindən gəlmək üçün
rasionla məşğul olmalı olacaq”, – deyə N.Tsafos bildirib.

Teqlər: