“Cənub Qaz Dəhlizi”nin gəlirləri nə qədər olub?

“Cənub Qaz Dəhlizi”nin gəlirləri nə qədər olub?

“Cənub Qaz Dəhlizi” QSC-nin 2021-ci ildə gəlirləri əvvəlki illə müqayisədə 2,05 dəfə artaraq 1,763 milyard dollar təşkil edib.

AzerTimes xəbər verir ki, bu barədə QSC-nin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, 2020-ci ildə QSC-nin gəlirlər 861,551 milyon dollara bərabər olub. 2021-ci ildə “Cənub Qaz Dəhlizi”nin Azərbaycanda gəlirləri 522,345 milyon dollar, Gürcüstanda 2,173 milyon dollar, Türkiyədə isə 1,238 milyard dollar təşkil edib.

Eyni zamanda, QSC-nin məcmu aktivləri 2021-ci ildə 0,03 faiz azalaraq 12,672 milyard dollar, borc öhdəlikləri 9,5 faiz azalaraq 7,676 milyard dollara bərabər olub.

Teqlər: