Xəbər - Ləman Zeynalova – Trend:
“Cənub Qaz Dəhlizi” və qaz-nəqliyyat sistemləri rəqib deyil, əksinə, bir-birini tamamlayır.
Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Rusiyanın “Nefteqazovaya Vertikal” jurnalına müsahibəsində deyib.
Nazir xatırladıb ki, “Cənub Qaz Dəhlizi” dünyada ən iri infrastruktur layihələrindəndir və 2020-ci il dekabrın 31-dən Azərbaycan qazı bu marşrutla Avropaya nəql olunmağa başlayıb: “İmzalanmış müqavilələrə əsasən, 25 il ərzində 10 milyard kubmetr təbii qaz Avropa bazarına tədarük olunacaq. Bu layihə tədarük mənbələrinin və marşrutlarının şaxələndirilməsi baxımından regionun enerji təhlükəsizliyinə öz töhfəsini verəcək”.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)