Xəbər - Ləman Zeynalova – Trend:
2020-ci ilin sonunda işə salınmış və Azərbaycan qazını Avropaya nəql edən “Cənub Qaz Dəhlizi” layihəsi Trans-Avropa Energetika Şəbəkələri (TEN-E) regionlararası qrupunun 5-ci iclasında müzakirə olunacaq.
AzerTimes bu barədə Avropa Komissiyasına istinadən məlumat verir.
Qeyd olunur ki, müzakirələr iyunun 22-nə təyin olunub.
Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” vasitəsilə Azərbaycandan Avropaya qaz nəqli 2020-ci il dekabrın 31-də başlayıb.
(Tərcümə: Orxan Nəbiyev)