“Cənub Qaz Dəhlizi” tək tədarükçüdən asılılığı azaltmağa kömək etdi – ABŞ Dövlət Departamenti

Xəbər - Ləman Zeynalova – Trend:

Azərbaycan qazını Avropaya nəql edən “Cənub Qaz Dəhlizi” enerji ehtiyatlarının tək tədarükçüsündən asılılığı azaltmağa kömək etdi.

Bunu Trend-ə ABŞ Dövlət Departamentindən bildiriblər.

Qeyd olunub ki, ABŞ hökuməti tədarükçülərin, marşrutların və yanacaq növlərinin şaxələndirilməsi hesabına Avropanın enerji təhlükəsizliyinin strateji və iqtisadi əhəmiyyətini vurğulayır:

“Bu, bizim avropalı tərəfdaşlar və müttəfiqlərlə bölüşdüyümüz məqsəddir. “Cənub Qaz Dəhlizi” Türkiyə, İtaliya, Yunanıstan və Bolqarıstanın enerji təhlükəsizliyini artırmağa və tək enerji ehtiyatları tədarükçüsündən asılılığı azaltmağa imkan verdi”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: