“Cənub Qaz Dəhlizi” Serbiya bazarında qaz qiymətlərini balanslaşdıracaq – Baş nazirin müavini (Özəl)

Xəbər - Ləman Zeynalova – Trend:

“Cənub Qaz Dəhlizi” Serbiya bazarında qaz qiymətlərini balanslaşdıracaq.

Bunu Trend-ə Serbiya baş nazirinin müavini, energetika və mədən sənayesi naziri Zorana Mihayloviç deyib.

“Serbiya-Bolqarıstan qaz kəməri Serbiyaya digər tədarükçülərdən, Yunanıstanda mayeləşdirilmiş təbii qaz terminalından, “Cənub Qaz Dəhlizi”nin hissələri olan TAP və TANAP qaz kəmərlərindən təbii qaz almağa imkan verəcək. Gələcəkdə, “EastMed” layihəsi başa çatdıqdan sonra İsraildə Leviafan sahilyanı yatağından qaz əldə etmək imkanı yaranacaq ki, bu da Serbiyanın və regionun enerji təhlükəsizliyi üçün vacibdir”, – deyə baş nazir müavini bildirib.

Z.Mihayloviç qeyd edib ki, artıq Azərbaycandan, eləcə də Yunanıstandakı mayeləşdirilmiş təbii qaz terminalından qaz Serbiyaya daxil olur.


“Ümid edirik ki, biz bunların sayəsində təbii qaz tədarükü marşrutlarını şaxələndirə bilərik. Şübhəsiz ki, bu, təkcə tədarükün etibarlılığına xidmət etmir, həm də Serbiya bazarında qaz qiymətlərinin balanslaşdırılmasına müsbət təsir göstərir”, – deyə o, sözlərini tamamlayıb.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: