Cənub Qaz Dəhlizi enerji siyasətinin boru kəmərlərindən daha mühüm olduğunu sübut edir – Robert Cekuta

Cənub Qaz Dəhlizi enerji siyasətinin BTU-lardan (istilik vahidi), kilometrlərlə boru kəmərlərindən, elektrik ötürmə sistemlərindən, çıxarılan neft barellərindən və kubmetrlərlə təbii qazdan daha mühüm olduğunu sübut edir.

AzerTimes-ın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri hazırda Xəzər Siyasət Mərkəzi-nin İqtisadi və Enerji Proqramları üzrə rəhbəri Robert Cekuta deyib.

O bildirib ki, nəhəng, iddialı və kompleks layihə adlanan Cənubi Qaz Dəhlizi (CQD) Avropa ölkələrinin enerji təhlükəsizliyi və suverenliklərinin, habelə vətəndaşlarının rifahının gücləndirilməsinə xidmət edir:

“CQD-nin 2020-ci ildə müvəffəqiyyətlə başa çatdırılması, uğurlu özəl sektor tərəfdaşları ilə birgə işləyən fərqli bir qrup dövlətin nə qədər israrlı olduğunu göstərir. Əlbəttə ki, Vaşinqton və digər paytaxtlar, habelə layihəni milli siyasətdən və diplomatik təşəbbüslərdən qazma platformalarına, eləcə də minlərlə kilometrlik borulara çevirən müəssisələr və maliyyə qurumları, müvəffəqiyyətə nail olduqlarını qeyd etmək hüququna malikdirlər. Bununla belə, qarşıda yeni mərhələlər var. Avropa və digər dövlətlərin iqlim böhranı ilə mübarizə aparmaq üçün istixana qazı emissiyalarını azaltmağa çalışdıqları bir vaxtda, təmiz yanacaq kimi qaza olan ehtiyac davam edəcəkdir. Təbii qaz karbon qazının daha az olduğu gələcəyə keçidin əsas elementi olacaq.

Cənub Qaz Dəhlizi enerji siyasətinin BTU-lardan (istilik vahidi), kilometrlərlə boru kəmərlərindən, elektrik ötürmə sistemlərindən, çıxarılan neft barellərindən və kubmetrlərlə təbii qazdan daha mühüm olduğunu sübut edir. İstər bir ev, istərsə də iş üçün təhlükəsiz enerji təchizatı vacibdir”.

R.Cekuta deyib ki, enerji ölkələrin təhlükəsizliyi, rifahı və suverenliyinin əsası, həmçinin ABŞ-ın on illərdir ki, digər ölkələrin enerji təhlükəsizliyini öyrəndiyi və onu dəstəklədiyi bir nöqtədir:

“Bu işin reallaşması, təbii ki, ABŞ-ın Azərbaycan, Avropa Birliyi, Türkiyə, Ukrayna və digərləri ilə diplomatik fəaliyyətlərində uzunmüddətli faktor rolunu oynamışdır. Qaz kəməri ya ölkənin sərbəst fəaliyyətini məhdudlaşdırmaqdan ötrü bəzi güclərin istifadə etdiyi cilov, yaxud birgə əməkdaşlaq və dəstək üçün bir dəhliz ola bilər. Bu reallığı dərk edərək, həm Respublikaçı, həm də Demokrat administrasiyalar enerji tədarükünün artırılması və şaxələndirilməsi məqsədilə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və digər səylərin həyata keçirilməsi istiqamətində çalışırdılar. Bununla yanaşı, dövlətlərin siyasi və diplomatik gücləri uğurlu boru kəməri və ya digər enerji layihəsini həyata keçirməyə kifayət etmir. Bu işdə uğurlu olmaq üçün enerji layihəsi ticari baxımdan əhəmiyyətli olmalıdır. Cənub Qaz Dəhlizi dövlətlər və şirkətlər arasında güclü bir tərəfdaşlıq sayəsində başladıldı və həyata keçirildi. Bəzi hesablamalara görə, CQD-nin maliyyələşdirilməsində 17 maliyyə təşkilatı iştirak edib. BP-nin yüksək səviyyəli rəhbərinin bu yaxınlarda qeyd etdiyi kimi, CQD buna müvəffəq oldu, çünki bunun üçün real texniki-iqtisadi əsaslandırması və siyasi əhəmiyyəti var idi. Şirkətlər layihənin çətinliklərinin və yeni mühəndislik problemlərinin öhdəsindən gəlmək üçün birinci dərəcəli təcrübələrini cəlb etdilər. Burada dəqiq hədəflər və onlara bağlılıq mövcud idi. Layihədə iştirak edən enerji şirkətləri və tədarükçüləri arasında möhkəm ortaqlıqlar, habelə bu şirkətlər və dövlətlər arasında yaxşı kommunikasiya əlaqələri və güclü tərəfdaşlıq var idi. Hökümətlər və şirkətlər arasındakı güclü əməkdaşlıq və əlqələr, texniki mükəmməlliyə nail olma, ümumilikdə qəbul olunmuş iş təcrübələri və layihənin mürəkkəbliyi nəzərə alındıqda, toplam xərcin 40-45 milyard dollar məbləğində olacağı gözlənilirdi. Lakin layihənin ümumi xərcinin 33 milyard dollar ətrafında olduğu bildirilir. Cənub Qaz Dəhlizinin tamamlanması, Avropanın və ümumdünya enerji təhlükəsizliyinin artırılmasına əlavə dəyər qata bilər”.

Keçmiş səfir bildirib ki, 27 yanvar 2021-ci il tarixində Xəzər Siyasət Mərkəzinin ev sahibliyi etdiyi proqramda qeyd olunduğu kimi, İtaliya, Yunanıstan, Türkiyə və digər əsas CQD tərəfdaşlarını qazla təmin etməklə yanaşı, Bolqarıstanı Yunanıstanla birləşdirən yeni Trans-Adriatik Boru Kəməri CQD qazını Bolqarıstana gətirir:

“Bu sistem daha da genişləndirilə, növbəti mərhələdə Albaniya və qərbi Balkanlarda yeni bazarlara çıxış imkanı əldə edə bilər. Bu, Türkiyənin 2021-ci ildə yaratmaq istədiyi fyuçers bazarı olan İstanbulda Enerji Mübadiləsi qurma planlarını asanlaşdıra bilər. CQD-nin TANAP (Trans-Anadolu Təbii Qaz Boru Xətti) seqmentinin Şərqi Aralıq dənizindən qaz nəqlinə və Türkiyənin enerji mərkəzinə çevrilmək üçün göstərdiyi səylərə kömək edə biləcəyi düşünülür. Mütəxəssislər Xəzər dənizinin Dostluq yatağında neft və qaz hasilatına icazə vermək üçün illərdir davam edən ikitərəfli mübahisələrə son qoymuş Azərbaycan və Türkmənistan arasındakı 2021-ci il yanvar müqaviləsinin şərtlərinin formalaşmasına kömək etdiyindən, CQD-nin tamamlanmasını yüksək qiymətləndirirlər. Tamamlanmış Cənub Qaz Dəhlizi, Xəzər dənizi boyunca qaz kəməri çəkildikdən sonra, Türkmənistandan qərbə qaz ixrac etmək üçün də lazımi imkanı təmin edə bilər. Türkmənistan hal-hazırda boru kəməri qazını yalnız bir alıcıya – Çinə ixrac edir və təkcə 2020-ci ildə Çinə 6 milyard dollar dəyərində qaz satıb. Dünyanın ən böyük təbii qaz yataqlarından birinə sahib olan Türkmənistan, yeni bazarlara xeyli miqdarda satış edə bilər. Təchizatçılar da müştərilər kimi, müxtəlif tərəfdaşlardan faydalanırlar.

Nəticə olaraq 31 dekabr 2020-ci il tarixində layihənin son seqmentində ticari əməliyyatların başlanması Cənub Qaz Dəhlizi layihəsinin başa çatdığını göstərə bilər, eyni zamanda bu, hökümətlərin özəl sektorla ortaq şəkildə hansı uğurlara nail ola biləcəyinin də vacib modelini təqdim edir. Enerji təhlükəsizliyini artırmaq və dəyişən beynəlxalq enerji ehtiyaclarını ödəmək məqsədi, Xəzər regionu ilə daha çox maraqlanmağa əmin yaradır”.

Teqlər: