“Cənub Qaz Dəhlizi” Cənubi Avropanın əsas qaz tədarükçüsündən asılılığını azaldır – Polşa iqlim nazirliyi (ÖZƏL)

Xəbər - Ləman Zeynalova – Trend:

“Cənub Qaz Dəhlizi” yeni mənbələrdən təbii qaz nəqlinin payının artması hesabına Cənubi Avropanın başlıca qaz tədarükçüsündən asılılığını azaldır.

Bunu Trend-ə Polşanın İqlim və Ətraf Mühit Nazirliyindən bidiriblər.

Qeyd olunub ki, Polşa əvvəldən “Cənub Qaz Dəhlizi” təşəbbüsünü yüksək qiymətləndirib: “Fikrimizcə, Avropa İttifaqına hər yeni qaz tədarükü mənbəyi rəqabətqabiliyyətliliyə və şaxələndirməyə kömək edir. Bu isə öz növbəsində böhran vəziyyətlərinin qarşısını almaqla və ya yumşaltmaqla enerji təhlükəsizliyini təmin edir”.

Nazirlikdən bildiriblər ki, “Cənub Qaz Dəhlizi”nin kommersiya istismarının başlaması Azərbaycanın və onun Dövlət Neft Şirkətinin (SOCAR) böyük uğurudur.


Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: