İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi ABŞ Ordusunun Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Maykl Kurilla ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə İsrailin ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görüş zamanı tərəflər Yaxın Şərqdə əməliyyat vəziyyətinin inkişafını, həmçinin iki ölkənin hərbçiləri arasında qarşılıqlı əlaqənin və koordinasiyanın gücləndirilməsini müzakirə edib.
Qeyd edək ki, CENTCOM rəhbəri hazırda İsraildə səfərdədir.