Çempionlar Liqasının qrup mərhələsinin növbəti turunda “Milan” heç-heçə edib, “Real Madrid” qələbə qazanıb

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun daha iki qarşılaşması keçirilib.

Trend xəbər verir ki, B qrupunda İtaliyanın “Milan” klubu evdə Portuqaliyanın “Portu” komandası ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Hesabı 39-cu dəqiqədə qonaqların heyətində Luis Dias açıb. Matçın 61-ci dəqiqəsində “Portu”nun futbolçusu Şansel Mbemba avtoqol müəllifi olub. Beləliklə, Milan şəhərinin eyniadlı təmsilçisi qrup mərhələsində ilk xalını qazanıb. Qrupun digər oyununda İspaniyanın “Atletiko” (Madrid) komandası İngiltərədə “Liverpul”a qalib gələrsə, “Milan” pley-off şansını itirəcək.

Digər erkən başlayan görüş D qrupunda baş tutub. “Real Madrid” İspaniyada Ukraynanın “Şaxtyor Donetsk” klubunu 2:1 hesabı ilə məğlub edib. “Kral klubu”nun heyətində Kərim Benzema dubl edib. Donetsk təmsilçisində isə yeganə qolun müəllifi Fernando olub.

Teqlər: