Çempionlar Liqasının finalı “San Siro”da keçirilməyəcək

Çempionlar Liqasının finalı “San Siro”da keçirilməyəcək

UEFA 2026/2027-ci il mövsümünün Çempionlar Liqasının finalını Milandakı “San Siro” stadionundan keçirməkdən imtina edib.

AzerTimes xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat verib.

“Milan Bələdiyyəsi şəhərdəki yenidənqurma işlərinin “San Siro” stadionuna və onun ətrafına təsir etməyəcəyinə zəmanət verə bilmədiyi üçün 2026/2027 Çempionlar Liqasının finalı üçün tender prosesinin yenidən açılması qərarı bu gün qəbul edilib.

Yeni stadionla bağlı qərarın 2025-ci ilin may-iyun aylarında veriləcəyi gözlənilir”, – məlumatda qeyd olunub.

Teqlər: