Bu gün Çempionlar Liqasında pley-off mərhələsi başa çatıb.
AzerTimes xəbər verir ki, son oyun günündə 4 matç keçirilib. Azərbaycan təmsilçisi “Qarabağ” Zaqreb “Dinamo”sunu qəbul edib və 0:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb. Bu komandalar arasında ilk görüşdə də xorvatlar 3-0 üstün olub.
Digər oyunların nəticələrinə əsasən, “Slovan”, “Lill” və “Srvena Zvezda” Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib.
“Slovan” (Slovakiya) – “Midtüllan” (Danimarka) – 3:2
İlk oyun – 1:1
“Srvena Zvezda” (Serbiya) – “Bodyo-Qlimt” (Norveç) – 2:0
İlk oyun – 1:2
“Slaviya” (Çexiya) – “Lill” (Fransa) – 2:1
İlk oyun – 0:2.