Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin növbəti iki oyunu keçirilib.
AzerTimes-ın məlumatına görə, İtaliyanın “Atalanta” klubu öz meydanında İsveçrənin “Yanq Boyz” klubunu qəbul edib. Oyun meydan sahibinin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0. “Atalanta”nın oyundakı yeganə qolunu 68-ci dəqiqədə M.Pessina vurub.
Digər oyunda Rusiyanın “Zenit” klubu İsveçin “Malmö” klubunu qəbul edib. Rusiya təmsilçisi rəqibi üzrəində böyükhesablı qələbə qazanıb – 4:0. Oyunda qolları Klaudinyo (9-cu dəqiqə), D.Kuzyayev (49), A.Sutormin (80) və Vendel (90+4) vurublar.