Çempionlar Liqası: “Qarabağ” “3-lük”də

Çempionlar Liqası: “Qarabağ” “3-lük”də

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

AzerTimes xəbər verir ki, “Qarabağ” qitənin bir nömrəli klub turnirində ən çox qol vuran komandaların siyahısında yer alıb.

“Köhlən atlar” 4 oyunda ümumilikdə 10 dəfə fərqlənib. Azərbaycan təmsilçisi bu göstəriciyə görə III təsnifat mərhələsindəki rəqibi Macarıstan “Ferentsvaroş”u ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. Norveç “Budyo Qlimt”i 12 qolla birinci, İslandiya “Vikinqur”u 10 qolla ikinci pillədə qərarlaşıb.

“Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borges bombardirlik cədvəlində 4 qolla ikinci yerdədir. “Budyo Qlimt”dən Viktor Bonifeys siyahıya başçılıq edir – 5.

Teqlər: