UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.
AzerTimes xəbər verir ki, ilk matç günündə 6 oyun keçirilib
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” Sloveniyada “Olimpiya”nın qapısından 3 cavabsız top keçirib. Bu cütün məğlubu Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” – HİK (Finlandiya) duelinin güclüsünə rəqib olacaq.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası isə Yunanıstanda AEK-lə qarşılaşmalı olsa da, azarkeşlər arasında baş vermiş insident nəticəsində yerli fanatın öldürülməsi səbəbindən qarşılaşma təxirə salınıb.
Mərhələnin digər oyunlarının nəticələri:
“Rakuv” (Polşa) – “Aris” (Kipr) – 2:1
“Kopenhagen” (Danimarka) – “Sparta” (Çexiya) – 0:0
PSV (Niderland) – “Şturm” (Avstriya) – 4:1
“Klaksvik” (Farer adaları) – “Molde” (Norveç) – 2:1
“Braqa” (Portuqaliya) – “Baçka Topola” (Serbiya) – 3:0
Qeyd edək ki, III təsnifat mərhələsinin digər 3 oyunu bu gün keçiriləcək.