Çempionlar Liqası: “PSJ” “Leyptsiq”i məğlub edə bilmədi, “İnter” pley-offa bir addım da yaxınlaşdı

Bakı: Trend:

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “RB Leipzig” və “Paris Saint-Germain” arasında görüş 2:2 hesabıyla başa çatıb.

Trend xəbər verir ki, hesabı ev sahibləri açıb. 8-ci dəqiqədə yarımmüdafiəçi Kristofer Nkunku parislilərin qapısına yol tapıb. Lakin biri hissə başa çatmamış Corcinyo Veynaldumun dublu sayəsində (21 və 39 dəqiqələr) “PSJ” önə çıxıb. Bununla arxayınlaşan fransızları əlavə vaxtda Dominik Saboslai cəzalandırıb. 11-metrəlik cərimə zərbəsini dəqiq yerinə yetirən yarımmüdafiəçi komandasını məğlubiyyətdən xilas edib.

Paris klubu 10 xalla A qrupunun turnir cədvəlinə başçılıq edir. “Leyptsiq” bir xalla dördüncü pillədə qərarlaşıb.

Digər görüş D qrupu çərçivəsində baş tutub. Milanın “İnter” klubu rəqib meydanına Moldovanın “Şeriff” klubuna çətin anlar yaşadıb – 1:3.

İtalyanlar 54, 66 və 82-ci dəqiqələrdə fərqlənərək, oyunun taleyini həll ediblər. “Şeriff”-in gücü əlavə vaxtda vurulmuş 1 təsəlli qoluna çatıb.

Beləliklə turnir cədvəlində “Şerifi” üstələyərək “İnter” pley-off şanslarını daha da möhkəmləndirib.

Teqlər: