UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda İngiltərənin “Mançester Yunayted” klubu evdə İtaliya “Atalanta” komandasına 3:2 hesabı ilə qalib gəlib.
AzerTimes-ın məlumatına görə, bu barədə görüş Mançesterin “Old Trafford” stadionunda keçirilib.
Hesabı “Atalanta” nın yarımmüdafiəçisi Mario Paşaliç (15-ci dəqiqə) açdı, qonaqların üstünlüyü Merih Demiral (29) artırıb.
Meydan sahibləri Markus Reşford (53), Qarri Maquayr (75) və Kriştiano Ronaldonun (81) qolları ilə qalib gəlib.