Çempionlar Liqası: “İnter” doğma divarlar arasında “Liverpula” məğlub olub

İngiltərənin “Liverpul” futbol klubu Çempionlar Liqasının 1/8
final mərhələsində ilk oyunu çərçivəsində səfərdə İtaliyanın “İnter” komandasını 2:0 hesabı ilə məğlub edib.

Trend xəbər verir ki, “mersisaydlıların” heyətində Roberto
Firmino (75-ci dəqiqə) və Məhəmməd Salah (83) fərqlənib.

Komandalar arasında cavab qarşılaşması martın 8-də “Enfild”
stadionunda keçiriləcək. Komandalar sonuncu dəfə Çempionlar
Liqasının 2007/08 mövsümünün 1/8 finalında üz-üzə gəlib, o zaman
ingilis klubu hər iki görüşdə qalib gəlib (2:0 və 1:0).

Teqlər: