UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu – VI turun daha 2 matçı keçirilib.
AzerTimes xəbər verir ki, F qrupunda keçirilən matçlarda “Real Madrid” İspaniyada Şotlandiya “Seltik”ini 5:1, Almaniya “Leyptsiq”i isə Polşada Ukraynanın “Şaxtyor” (Donetsk) komandasını 4:0 hesabı ilə darmadağın edib.
Bundesliqa təmsilçisi bu nəticə ilə “kral klubu”ndan sonra qrup 2-cisi kimi 1/8 finala adlayıb. Donetsk təmsilçisi yoluna Avropa Liqasının pley-offunda davam edəcək.