UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub.
AzerTimes xəbər verir ki, ikinci oyun günündə 7 qarşılaşma baş tutub. Bunların yalnız 3-də qələbə qeydə alınıb və sevinən tərəf meydan sahibləri olublar.
“Tobol” (Qazaxıstan) – “Ferentsvaroş” (Macarıstan) – 0:0
“Budye Qlimt” (Norveç) – “Klasksvik” (Farer adaları) – 3:0
HIK (Finlandiya) – RFŞ (Latviya) – 1:0
“Düdelanj” (Lüksemburq) – “Tirana” (Albaniya) – 1:0
“Zrinski” (Bosniya və Herseqovina) – “Şerif” (Moldova) – 0:0
“Maribor” (Sloveniya) – “Şaxtyor” (Soliqorsk, Belarus) – 0:0
“Slovan” (Bratislava, Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) – 0:0
Qeyd edək ki, cavab görüşləri iyulun 12-si və 13-də oynanılacaq.