Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində iki oyun keçirilib.
AzerTimes-ın məlumatına görə, Fransanın PSJ klubu öz meydanında Almaniyanın “Bavariya” klubunu qəbul edib.
Oyun qonaqların 0:1 hesablı qələbəsi ilə yekunlaşıb və Almaniya təmsilçisi Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb.
Digər oyunda İngiltərənin “Çelsi” klubu Portuqaliyanın “Portu” klubunu qəbul edib. Oyun Portuqaliya təmsilçisinin 0:1 hesablı qələbəsi ilə yekunlaşsada, hər iki oyunun nəticələrinə əsasən yarımfinala “Çelsi” yüksəlib.