UEFA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Almaniyanın “Bavariya” klubu Portuqaliyanın “Zenit” klubunu qəbul edib.
AzerTimes-ın məlumatına görə, oyun meydan sahibi komandasının 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
“Bavariya”nın heyətində qolları Robert Levandovski (26, 61, 84-cü dəqiqələr), Serj Qnabri (31) və Leroy Sane, qonaqların heyətində isə Morato (38 və Darvin Nunyes (74) vurublar.
Bu qələbə sayəsində xallarının sayını 12-yə çatdıran “Bavariya” Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqəni təmin edib.