UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi başa çatıb.
AzerTimes xəbər verir ki, son matç günündə iki görüş baş tutub.
İspaniya “Real Madrid”i İngiltərədə 5:2 hesabı ilə qalib gəldiyi “Liverpul”u evdə də məğlub edib – 1:0. Bu nəticə İspaniya təmsilçisini növbəti mərhələyə yüksəldib.
Figər matçda isə “Napoli” İtaliyada Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasını sınağa çəkib. İlk qarşılaşmada 2:0 hesablı qələbə qazanan Neapol təmsilçisi cavab matçında da rəqibinə şans verməyib – 3:0.
Qeyd edək ki, daha öncə Almaniyanın “Bavariya”, Portuqaliyanın “Benfika”, İngiltərənin “Çelsi” və “Mançester Siti”, həmçinin İtaliyanın “Milan” və “İnter” komandaları 1/4 finala vəsiqə qazanıblar.