“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino istefaya göndərilib.
AzerTimes İdman.biz-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssisin klubun idman direktorları Pol Uinstenli və Lourens Styuartla, eləcə də səmdarlardan biri Bexdad Eqbali ilə görüşündən sonra belə qərar çıxarılıb.
Məlumatda Poçettino ilə ayrılığın müsbət məcrada davam etdiyi açıqlanıb. Tərəflər qarşılıqlı surətdə müqaviləyə xitam veriblər.
Qeyd edək ki, “Çelsi” 52 yaşlı məşqçinin rəhbərliyi ilə 2023/2024 mövsümünü 6-cı pillədə başa vurub. O, London klubuna ötən il iyulun 1-dən rəhbərlik edirdi.