

“Çelsi” fransalı futbolçu Mamadu Sarrı transfer edib.
AzerTimes xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “zadəganlar” 19 yaşlı mərkəz müdafiəçisi ilə 8 illik müqavilə imzalayıblar.
Qeyd edək ki, son olaraq “Strasburq” klubunda çıxış edən Sarr ötən mövsüm 28 oyunda meydana çıxıb.