Cəlilinin vədləri: Azərbaycanla bağlı heç nə yoxdur

Cəlilinin vədləri: Azərbaycanla bağlı heç nə yoxdur

Prezident seçkilərində Məsud Pezeşkianın rəqibi Səid Cəlilinin həyata keçiriləcəyini vəd etdiyi əsas layihələrin 6-sı İsfahan əyaləti ilə bağlıdır və onun platformasında Azərbaycanla, xüsusən Urmiya gölünün bərpası ilə bağlı heç bir bənd yoxdur.

AzerTimes xəbər verir ki, bu, Cəlilinin səsləndirdiyi son bəyanatlarından məlum olub.

O, Fars körfəzindən İsfahana su kəmərinin çəkilməsi, İsfahan-Tehran sürət qatarının təkmilləşdirilməsi, Zayəndərud çayının bərpası, İsfahan metrosu xətlərinin genişləndirilməsi və başqa bir neçə bahalı layihənin həyata keçirilməsinə söz verib.

Onun platformasında azərbaycanlıların ən çox tələb etdiyi Urmiya gölünün bərpası ilə bağlı heç bir bənd yoxdur.

Teqlər: