Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Cəlilabadda əməliyyat keçirib.
AzerTimes xəbər verir ki, əməliyyat zamanı Cəlilabad Şəhər Bələdiyyəsinin sədri, rayonun baş memarı və digər vəzifəli şəxslər saxlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, əlavə məlumat veriləcək.