Cəlilabadda cinayətkarın zərərsizləşdirilməsi üzrə taktiki təlimlər zamanı bir neçə polis nəfəri xəsarət alıb.
Bu sözləri AzerTimes-a DİN-in Mətbuat Xidməti İdarəsinin rəsmisi Nurlan Əliyev deyib.
Onun sözlərinə görə, hadisə təlim zamanı 2 polis nəfərinin ehtiyatsızlığı ucbatından baş verib.
Xəsarət alan əməkdaşlardan biri xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.